AR Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyevlə görüş baş tutdu

18 Fevral 2022

AR Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyevlə görüş baş tutdu

NAYORA-ya üzv olan gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin AR Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyevlə görüşü baş tutub.

Moderatorluğunu NAYORA-nın Baş katibi Ramin Həbibzadənin etdiyi görüşün əsas müzakirə mövzusu “Gənclər təşkilatlarının beynəlxalq təşkilatlarda iştirakçılıq və təmsilçiliyinin artırılması" olmuşdur.

Görüş çərçivəsində qeyd edilən mövzu ətarında müzakirələr aparılmış və gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin ünvanladıqları suallar cənab Yalçın Rəfiyev tərəfindən cavablandırılmışdır.

Sona doğru NAYORA-nın sədri Azər Əliyev çıxış edərək dəvətimizi qəbul edib, görüşdə iştirak etdiyi üçün cənab Yalçın Rəfiyevə öz minnətdarlığını bildirmişdir.