AR Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə Səfiri Fəxrəddin Qurbanov ilə görüş keçirilib
7 Fevral 2023

7 fevral tarixində "Gənc Elçilər" proqramı çərçivəsində növbəti görüş baş tutub.
AR Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə Səfiri Fəxrəddin Qurbanov ilə "Diplomatik etiket və protokol qaydaları" mövzusunda baş tutan görüşdə diplomat beynəlxalq tədbirlərdə diqqət edilməsi zəruri olan protokol və etiket qaydalarının vacibliyi kimi məqamlara toxunaraq gənc elçiləri maraqlandıran sualları cavablandırmışdır.
Qeyd edək ki, layihə AR Gənclər və İdman nazirliyinin dəstəyi, NAYORA-nın təşkilatçılığı ilə keçirilir.