Avropa Gənclərinin Davamlı Sülh Şəbəkəsi
3 Noyabr 2021

Son müraciət tarixi: 3 Noyabr 2021
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə tarixi qələbəmiz - 8 noyabr Zəfər Günü münasibətilə ölkəmizin ədalətli mövqeyinin beynəlxalq arenada təbliği məqsədilə “Avropa Gəncləri Sülh Naminə” adlı Beynəlxalq Gənclər Forumu keçiriləcəkdir.
Məlumat üçün bildirək ki, forum adından Azərbaycanın Cənubi Qafqazda və regionda sülh, təhlükəsizlik mehriban və birgə yaşam çağırışlarını dəstəkləyən Bəyannamənin qəbulu və 21 ölkənin gənclər təşkilatları rəhbərlərinin imzalaması və qoşulması ilə Bakıda mərkəzi olmaqla “Avropa Gənclərinin Davamlı Sülh Şəbəkəsi” adlı geniş tərkibli əməkdaşlıq platformasının təsis olunması da nəzərdə tutulur.
Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation
"Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı" Gəncə