Avropa Gənclər Fondu beynəlxalq layihələr üçün müraciətləri açıq elan edir
31 Avqust 2022

Son müraciət tarixi: 1 Oktyabr 2022
Avropa Gənclər Fondu beynəlxalq layihələr üçün müraciətləri açıq elan edir!
Qeyd edək ki, müraciət etmək istəyən təşkilatların Avropa Gənclər Fondunun onlayn sistemi vasitəsilə 17 sentyabr tarixinədək qeydiyyatdan keçmələri mütləqdir.
Avropa Gənclər Fondu tərəfindən gənclər və gənclərlə iş, qeyri-formal təhsil və inklüzivliklə bağlı problemlərə müraciət edən layihələr dəstəklənir.