Avropa Şurası Təlimçilər Bazasının üzvü Pərvanə Məmmədovanın təqdimatında "Gənclər təşkilatları və gənclər üçün qeyri-formal təhsilin təbliği istiqamətində layihələrin yazılması" mövzusunda onlayn vebinar baş tutmuşdur.

24 İyun 2020

Avropa Şurası Təlimçilər Bazasının üzvü Pərvanə Məmmədovanın təqdimatında "Gənclər təşkilatları və gənclər üçün qeyri-formal təhsilin təbliği istiqamətində layihələrin yazılması" mövzusunda onlayn vebinar baş tutmuşdur.

23 iyun 2020-ci il tarixində Avropa Şurası Təlimçilər Bazasının üzvü Pərvanə Məmmədovanın təqdimatında "Gənclər təşkilatları və gənclər üçün qeyri-formal təhsilin təbliği istiqamətində layihələrin yazılması" mövzusunda onlayn vebinar baş tutmuşdur. Vebinarın keçirilməsinin əsas məqsədi gənclər təşkilatlarının nümayəndələrinə qeyri-formal təhsil barəsində maarifləndirici məlumatlar vermək olmuşdur. 
Vebinarda aşağıda qeyd olunan mövzulara xüsusilə toxunulmuşdur:
- Qeyri-formal təhsilin təhsilin digər növlərindən fərqləri;
- Qeyri-formal təhsilin gənclərə qazandıra biləcəyi bilik və bacarıqlar;
- Qeyri-formal təhsilin üstünlükləri.
-Qeyri-formal təhsilin təbliği istiqamətində layihələrin yazılma qaydaları.
Onlayn vebinarda gənclər təşkilatlarının rəhbər və nümayəndələri, ARGTMŞ-nın katibliyi və könüllüləri olmaqla 50-ə yaxın iştirakçı iştirak etmişdir. Vebinar ərzində Pərvanə Məmmədova təlim iştirakçıları tərəfindən ona ünvanlanan sualları cavablandırıb.

Vebinarı izləmək üçün link:

https://bit.ly/2YwFIUu

 

#NAYORA #OnlineYouthWork #EvdəQal #webinar