Avropa Şurası tərəfindən keçirilən “Democracy here. Democracy now” kampaniyası çərçivəsində infosessiya baş tutub
28 Aprel 2022

26 aprel tarixində Gənclər Təşkilatlarının Resurs Mərkəzində Avropa Şurası tərəfindən keçirilən “Democracy here. Democracy now” kampaniyası çərçivəsində infosessiya baş tutub.
İnfosessiyanın birinci hissəsində NAYORA-nın sədri Azər Əliyev, Gender Hub Azərbaycanın həmtəsisçisi Məryəm Məcidova, Avropa Şurasının Gənclər İş şöbəsinin təmsilçisi Pandea Anca-Ruxandra, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təmsilçisi Nisə Paşayeva, Avropa Şurasının Gənclərlə İş şöbəsinin Təlimçilər Bazasının üzvü Pərvanə Məmmədova və Avropa Şurası Gənclərlə İş şöbəsinin Proqram katibi Rüstəm Abdullayev çıxış edərək kampaniyanın rolu və əhəmiyyəti, kampaniya çərçivəsində həyata keçirilməsi mümkün fəaliyyətlər və gənclərin iştirakının zəruriliyindən bəhs ediblər.
İkinci hissədə isə iştirakçılar qruplara bölünərək kampaniya çərçivəsində fəaliyyət planı hazırlamış və təqdim etmişlər.
Qeyd edək ki, infosessiya Avropa Şurası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilib.