Azər Əliyev NAYORA-nın yeni sədri seçildi

21 Noyabr 2020

Azər Əliyev NAYORA-nın yeni sədri seçildi

NAYORA-nın yeni sədrini daha yaxından tanıyaq 🤩

21 noyabr tarixində keçirilmiş XVII Seçki-Hesabat Qurultayında səs vermə çoxluğu ilə Azər Əliyev yeni sədr seçildi ✨

Azər Əliyevə yeni vəzifəsində uğurlar arzu edirik 🤗
BİO: Əliyev Azər 11 sentyabr 1993-cü ildə Gəncə şəhərində anadan olub. 
2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsinə daxil olub, 2014-cü ildə universiteti bitirərək “Dünya iqtisadiyyatı” ixtisası üzrə bakalavr ali peşə ixtisası dərəcəsini alıb. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetində Layihələrin idarəedilməsi üzrə magistr təhsili alır.
2014/2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub.
2012/2013-cü illər ərzində hər birində iki ay müddətdə olmaqla Polşa ve Moldovada beynəlxalq təcrübə proqramlarında təlimçi və təcrübəçi olaraq fəaliyyət göstərib.
2013/2014-cü ildə AIESEC Azərbaycan təşkilatında beynəlxalq mübadilə proqramının rəhbəri olub. Hal-hazırda AIESEC Azərbaycanın məzunudur.
2017-ci ildə  “Gələcəyə Körpü” Gənclər İctimai Birliyində Könüllülər üzrə koordinator vəzifəsində çalışıb.
2018-2019-cu illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında Proqram koordinatoru, daha sonra isə Yerli Layihələr üzrə katib olaraq çalışıb.
2019-cu ildən etibarən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında Baş katib olaraq fəaliyyət göstərib

#NAYORA