Azərbaycan - Rusiya Gənclərinin IX Forumu.
30 Dekabr 2021

Azərbaycan - Rusiya Gənclərinin IX Forumu.
Rusiya Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilən görüşdə iki ölkə gəncləri arasındakı əlaqələr, 2022-ci ildə həyata keçirilməsi planlaşdırılan fəaliyyətlər ətraflı müzakirə olundu.
Həmçinin, forumda "Turizm sahəsində gənclərin rolu" və " Könüllülük fəaliyyəti" kimi mövzularda gənclər öz təcrübələrini bölüşüb, fikir mübadiləsi apardılar.
Qeyd edək ki, Forumun moderatorları NAYORA-nın İdarə Heyətinin üzvləri Rafael Hacıbəyli və Sevda Mansurova olmuş, Mərkəzi Nəzarət- Təftiş komissiyasının üzvü Rəsul Quliyev isə spiker qismində iştirak etmişdir.
Məlumat üçün qeyd edək, ki forumda ölkənin aparıcı gənclər təşkilatlarının nümayəndələri də iştirak etmişdir.