Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

18 Mart 2021

Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

18 mart 2021-ci ildə Azərbaycan və Türkiyə arasında Beynəlxalq konfransın keçirilməsinə dair online görüş keçirildi.

Görüşdə konfransın Baş koordinatoru, Sakarya Universitetinin kimya üzrə professoru Ahmet Tutar, Konfransın Baş katibi, “Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi” İctimai birliyinin sədri Məhsəti Hüseynova, “Gənclərin Töhfəsi” ictimai birliyinin sədri Asim Vəliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri fizika elmləri doktoru, professor Rövnəq Rzayev, Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühəndislik və tətbiqi elmlər” kafedrası “Qida mühəndisliyi” bölümünün dosenti Elsevər Fərzəliyev və Azərbaycan Dövlət İqtisad Universitetinin bir neçə səlahiyyətli nümayəndələri iştirak etdi.

Qeyd etmək istərdik ki, Beynəlxalq Konfrans 2022-ci ilin may ayında Azərbaycanda Azərbaycan Dövlət İqtisad Universitetində keçirilməsi nəzərdə tutulur.

3 fərqli konfrans eyni anda keçirilməsi planlaşdırılmışdır.

6-cı Beynəlxalq Türk Dünyası Kimya elmləri və texnologiyalar üzrə, 5-ci Humik turşular üzrə, 4-cü Təbiət elmləri və Mühəndislikdə ixtiralar üzrə Konfranslar artıq bir neçə ildir ki, fərqli ölkələrdə keçirilir. Son dəfə 2019-cu ilin oktyabrında Sakaryada keçirilmişdir.

Sakarya Universitetinin kimya üzrə professoru Ahmet Tutar tərəfindən təşkil olunan bu konfranslar türk dövlətləri və digər dövlətlər olmaqla 3-4 günlük elmi-praktik proqram əsasında hazırlanır.

Konfranslara dünyanın bir çox ölkələrindən, o cümlədən Ukraynadan, Bolqarıstandan, Belarusiyadan, Rusiyadan, Banqladeşdən, Hindistandan, İrandan, Bosniya və Herseqovinadan, Əlcəzairdən, İraqdan, Pakistandan, Özbəkistandan, Türkmənistandan, Qazaxıstandan, Türkiyədən və Azərbaycandan çoxsaylı professorlar, mühəndislər və mütəxəssislər qatılır.

İştirakçılar konfransın ölkəmiz üçün, qardaş dövlətlərin birgə fəaliyyəti üçün çoxsaylı töhfələr verəcəyini vurğuladılar.