Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının fəaliyyətinin 25 ili tamam olur
5 Yanvar 2021

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının fəaliyyətinin 25 ili tamam olur.
NAYORA komandası olaraq üzv təşkilatı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik!
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) 1995-ci il iyulun 14-də “İctimai birlik” kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Gənclərin milli qeyri-hökumət təşkilatı kimi ADTGT-nın fəaliyyəti ölkənin əksər regionlarını əhatə edir. Qeyri-kommersiya, qeyri-siyasi, gənclərin ictimai birliyi kimi, ADTGT-nın əsas məqsədi gənclərin təhsil, elmi-mədəni səviyyələrini yüksəltmək, gənclər arasında vətəndaş təhsilini artırmaq, maariflənmənin, qeyri-formal tədrisin əhəmiyyətini vurğulamaq və onların müxtəlif növ maraq və ehtiyaclarına (sosial, vətəndaş, humanitar, hüquqi və s.) ictimai vəkillik etməkdir. ADTGT-nın 4.000-ə yaxın üzvü, 11 regional, rayon, şəhər şöbəsivə 140 könüllüsü vardır. 2003-cü ildə Avropa Şurası Azərbaycanda ilk dəfə ADTGT-nı regionlarda vətəndaş cəmiyyəti qurulmasında gənclərin iştirakının yüksəldilməsi sahəsində fəaliyyətinə görə “Avropanın gənc fəal vətəndaşı” adlı II dərəcəli mükafata layiq görmüşdür.