Azərbaycan gənclər təşkilatları dünya ictimaiyyətinə müraciət etdi
4 İyun 2021

Azərbaycanın gəncləri və gənclər təşkilatları 4 iyun 2021-ci il tarixində, saat 11:00-da Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində qrupun iki nəfər üzvü, Azərbaycan Televiziyasının(AZTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (Azertac News Agency) müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyevin həlak olması və 4 nəfərin yaralanması ilə bağlı dünya ictimaiyyətinə, eləcə də beynəlxalq qeyri-hökumət təşkilatlarına müraciət ünvanlayıb.