Azərbaycan Gənclərinin IX Forumu başa çatdı

25 Dekabr 2020

Azərbaycan Gənclərinin IX Forumu başa çatdı

Azərbaycan Gənclərinin IX Forumu başa çatdı.

 

Azərbaycan gəncləri IX Forum çərçivəsində bir araya gəldilər. Məqsəd ötən üç  il ərzində görülmüş işlərin hesabatını dinləmək, növbəti üç  il üçün konsepsiyanı işləmək və təklifləri səsləndirmək idi. Onlayn şəkildə keçirilən Forumda Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Prezidenti Administraisyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Naxçıvan MR Gənclər və İdman naziri Azad Cabbarov, YAP Gənclər Birliyinin sədrini əvəz edən Milli Məclisin deputatı Ramin Məmmədov, Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli və  regionu təmsil edən gənclər (alim, hərbçi, qazi, həkim, yaradıcı gənclər) çıxış ediblər.

Vətən müharibəsinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayan tədbirdə, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev  ilk olaraq forum iştirakçılarını salamladı.

Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

Sonra Azərbaycan Gənclərinin VIII Forumundan ötən müddətdə ölkəmizdə gənclər sahəsində həyata keçirilən tədbirlər barədə hazırlanan videoçarx nümayiş etdirildi.

 

Sonra Azərbaycan Gənclərinin VIII Forumundan ötən müddətdə ölkəmizdə gənclər sahəsində həyata keçirilən tədbirlər barədə hazırlanan videoçarx nümayiş etdirildi.

Forumun davamında iştirakçılar  Azərbaycanın yeni tarixinin yaradıcısı, Gənclərin vətənpərvərlik tərbiyəsində yeni mərhələ, “Böyük Qayıdış”da gənclərin vəzifələri, Gənclərin sağlamlığı – xalqın sağlamlığı mövzuları ətrafında çıxış etdilər.

Yekunda tədbirin qətnaməsi və IX Forum iştirakçılarının adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edildi.

Qeyd edək ki, gənclərin geniş iştirakını təmin etmək məqsədi ilə Forum ənənəvi olaraq 2 mərhələdə keçirilib: 2-18 dekabr tarixlərində zona toplantıları, 24 dekabr tarixdə isə Respublika toplantısı.