Azərbaycan gəncliyinin 8 noyabr Zəfər günü ilə bağlı bəyanatı
7 Noyabr 2021

Azərbaycan gəncliyinin 8 noyabr Zəfər günü ilə bağlı bəyanatı.
44 günlük müharibə dövründə Azərbaycan Gəncləri həm ön, həm də arxa cəbhənin qəhrəmanına çevrilərək bütöv Azərbaycan uğrunda mübarizə apardı. Müzəffər Ali Baş komandanın rəhbərliyi altında aparılan mübarizədəki zəfərimiz işğalı sonlandırdı, dünya hərb tarixində qızıl hərflərlə yazıldı. İndi işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli şanlı bayrağımız yenidən dalğalanır.