Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası İctimaiyyətlə əlaqələr üzrə menecer vakansiyası elan edir.

2 İyun 2021

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası İctimaiyyətlə əlaqələr üzrə menecer vakansiyası elan edir.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası İctimaiyyətlə əlaqələr üzrə menecer vakansiyası elan edir.

Vəzifə adı: İctimaiyyətlə əlaqələr üzrə menecer

Müddət: 1 il

 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (Milli Şura) ölkə gənclər siyasətinin əsas hərəkətverici qüvvəsi olan gənclər təşkilatlarını bir çətir altında birləşdirən təşkilatdır. Milli Şura ölkəmizdə fəaliyyət göstərən ən böyük gənclər təşkilatı olaraq üzvlüyündə 137 gənclər təşkilatını birləşdirir. Fəaliyyəti ərzində təşkilat üzv təşkilatlarının fəaliyyətinin stimullaşdırılması və inkişafının təmin olunması məqsədilə müxtəlif istiqamətlərdə yerli və beynəlxalq layihələr həyata keçirir.

Seçiləcək namizəd peşəkar komanda ilə işləyərək, yerli və beynəlxalq sferada təşkilat tərəfindən təşkil olunan layihələrdə iştirak edərək təcrübə qazanmaq imkanına sahib olacaq. Bununla yanaşı gənclərlə və gənclər təşkilatları ilə iş sahəsində müxtəlif bilik və bacarıqlara yiyələnərək, özünü inkişaf etdirmək fürsətinə sahib olacaq.

 

Namizədə tələblər:

 

  • Ali təhsilli olmalı (Jurnalistika, marketinq və filologiya səhəsində olması arzuolunandır);

  • Sosial media hesablarının idarə edilməsi istiqamətində 1 ildən artıq təcrübəsi olmalı (KİV və media nümayəndələri ilə əlaqələrin qurulması üzrə təcrübənin olması arzuolunandır);

  • Azərbaycan və İngilis dillərində səlis yazma, danışma və kommunikasiya bacarığı olmalı;

  • Gənclər və gənclər təşkilatları ilə iş sahəsində minimum 1 illik aktiv fəaliyyəti olmalı;

  • Kommunikasiya, komanda işi və problemi həll etmə bacarığı olmalı;

  • Potensial problemlərə innovativ və nəticəyönümlü həll tapma bacarığı olmalı;

  • PR konsepsiyasının yaradılması təcrübəsi olmalı;

  • İşinə qarşı həvəsli və məsuliyyətli olmalı;

  • Yaradıcı və yenilikçi fikirlərə sahib olmalı;

  • Rus dili arzuolunandır;

  • Könüllü təcrübəsi olması arzuolunandır.

 

Seçim mərhələsi:

CV-nizi [email protected] poçt ünvanına göndərin. E-mail göndərdiyiniz zaman “mövzu” yerinə “İctimaiyyətlə əlaqələr üzrə menecer” yazmağınız xahiş olunur. 

 

İş vaxtı:

İş qrafiki həftənin beş günü saat 09:00-dan 18:00-dək.

 

Əmək haqqı:

Əmək haqqı təcrübə əsasında müsahibə mərhələsində təyin olunur.

 

Vakansiyanın müddəti: 

Vakansiyaya 10 iyun, saat 18:00-dək müraciət edə bilərsiniz.