Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Məclisi
9 Sentyabr 2021

Gənclər təşkilatlarının dəyərli rəhbər və nümayəndələri!
Nəzərinizə çatdırırıq ki, 24 Sentyabr 2021-ci il saat 15:00 tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Məclisi baş tutacaqdır. Bu səbəblə, ARGTMŞ-na üzv olan bütün gənclər təşkilatlarının rəhbərlərini qeydiyyatdan keçməyə dəvət edirik.
Məclisin gündəliyinə aşağıdakı məsələlər daxildir:
1) Yeni üzvlüyə müraciət edən gənclər təşkilatlarının səsvermə prosesi;
2) Cari məsələlərin müzakirəsi.
Məclisdə iştirak edəcəyinizi təsdiq etmək məqsədi ilə 21 sentyabr 2021-ci il, saat 18:00-dək qeydiyyat formasını doldurmaqla qeydiyyatdan keçməyiniz xahiş olunur.
Qeydiyyat linki: https://forms.gle/44aahLqxD69H9vJNA
Məlumat olaraq qeyd edək ki, Məclis hibrid formatda baş tutacaq.