Azərbaycan Respublikası Milli Məclisininin Gənclər və İdman Komitəsinin millət vəkilləri ilə Gənclər təşkilatlarının rəhbər və nümayəndələri arasında görüş baş tutacaqdır.
3 May 2021

📌Gənclər təşkilatlarının nəzərinə!
Azərbaycan Respublikası Milli Məclisininin Gənclər və İdman Komitəsinin millət vəkilləri ilə Gənclər təşkilatlarının rəhbər və nümayəndələri arasında görüş baş tutacaqdır.
Qeyd etmək istərdik ki, 5 may 2021-ci il tarixində, saat 15:00-da zoom platforması üzərindən "Ulu öndər Heydər Əliyevin 98-ci İldönümünə həsr olunmuş “Gənclər və gənclər təşkilatları ilə işin səmərəliliyi, həyata keçirilən fəaliyyətlər və gələcək perspektivlər” mövzusunda görüş keçiriləcəkdir.
Görüş zamanı “Gənclər siyasətinin həyata keçirilməsində gənclər təşkilatlarının rolu” mövzusunda Şahin İsmayılov, “Gənclər təşkilatlarının fəaliyyətlərində gənclərlə işin strukturlu aparılması və gələcək prespektivlər” mövzusunda Şahin Seyidzadə, “Regionda fəaliyyət göstərən qadın və qızların gənclər sektorunda rolu və aktiv iştirakçılığa cəlb olunması” mövzusunda Könül Nurullayeva, “Region gənclərinin inkişafında regionlarda təşkilatlarının rolu” mövzusunda Müşfiq Cəfərov və “Regionda gənclərinin ictimai fəaliyyətdə və aktiv vətəndaşlıqda iştirakının artırılması mexanizmləri” mövzusunda isə Vüqar İskəndərov çıxış edəcəkdir.
Görüşdə iştirak etmək üçün bütün gənclər təşkilatlarını qeydiyyatdan keçməyə dəvət edirik.
🔗Qeydiyyat linki: https://forms.gle/eu2d6w6PwF3QVgor6
⏳Qeydiyyat üçün son tarix: 05.05.2021, ⏰saat 12:00