Azərbaycan Respublikasının aparıcı gənclər təşkilatlarının rəhbər və nümayəndələri Fəxri Xiyabanı ziyarət ediblər

12 Dekabr 2021

Azərbaycan Respublikasının aparıcı gənclər təşkilatlarının rəhbər və nümayəndələri Fəxri Xiyabanı ziyarət ediblər

12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikasının aparıcı gənclər təşkilatlarının rəhbər və nümayəndələri Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev daim Azərbaycanın gələcəyi haqqında düşünür, gənc nəslin inkişafına davamlı qayğı göstərirdi. Təhsil infrastrukturunun yenilənməsi, hərbi liseyin fəaliyyətə başlaması, ali və orta ixtisas təhsil müəssisələrində müxtəlif təyinatlı yeni ixtisasların açılması, idman infrastrukturunun yenidən qurulması gələcək Azərbaycan gəncliyinin formalaşmasına yönəlmiş mühüm addımlardan idi.

Ruhun şad olsun, Ulu Öndər!