Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən bir sıra aparıcı gənclər təşkilatlarının nümayəndə heyətinin işğaldan azad olunmuş Ağdam şəhərinə səfərləri baş tutmuşdur.

15 Avqust 2021

Avqustun 14-ü baş tutan səfərdə 20 gənclər təşkilatının 40-dək nümayəndəsi Ağdam rayonunda Pənahəli xanın imarəti, İmarət stadionu, Ağdam Cümə və Qiyaslı məscidləri və Ağdam Dövlət Dram Teatrına ziyarət edərək, Ağdam şəhərinin tarixi, mədəniyyət abidələri və Ağdamın Baş Planı ilə tanış olublar.

Səfərdə iştirak edənlər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbənin qəhrəmanlarının ruhlarını ehtiramla yad edib, işğaldan azad olunmuş torpaqlarımızın dirçəlməsində hər bir Azərbaycan gəncinin səfərbər olacağını vurğulayıblar.

Qeyd edək ki, gənclər təşkilatları Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında hər zaman fəal iştirak etmişlər.

Gənclərin azad olunmuş Ağdama səfəri, 44 günlük Vətən müharibəsindəki zəfərlə bağlı təəssüratları dinlənilib, xatirə fotosu çəkdirilib.