Azərbaycan Respublikasının Gənclər Fondu və ölkənin aparıcı gənclər təşkilatlarının nümayəndələri Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 103-cü ildönümü ilə əlaqədar Türk Şəhidliyi abidəsini ziyarət ediblər!

16 Sentyabr 2021

Gənclərin İnkişafı və Karyera Mərkəzi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “Böyük Qayıdış” İctimai Birliyi, “İrəli” İctimai Birliyi, Azərbaycanlı Tələbə və Məzunlar Platforması İctimai Birliyi və digər gənclər təşkilatlarının nümayəndələri 15 sentyabr 1918-ci ildə Bakının işğaldan azad olunması uğrunda azərbaycanlı əsgərlərlə çiyin-çiyinə vuruşub şəhid olmuş 1130 Osmanlı-türk əsgərinin xatirəsini dərin ehtiramla yad edib, onların xatirəsinə ucaldılmış Türk Şəhidliyi abidəsi önünə əklil qoyublar.