Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “Gənclər Təşkilatlarının Beynəlxalq inteqrasiyası və təmsilçilik imkanları - 3.0” layihəsi uğurla başa çatdı
7 Sentyabr 2021

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “Gənclər Təşkilatlarının Beynəlxalq inteqrasiyası və təmsilçilik imkanları - 3.0” layihəsi uğurla başa çatdı.
Layihə çərçivəsində tədbir iştirakçıları tərəfindən Şəhidlər Xiyabanı ziyarət olunmuş, dövlətimizin suverenliyi uğrunda canlarından keçmiş vətən övladlarının unudulmaz xatirəsi dərin hörmət və ehtiramla anılmış, Ulu Öndər Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində yerləşən abidəsi ziyarət edilmiş və önünə gül dəstələri qoyulmuşdur, həmçinin 3 gün müddətində gənclərin “Beynəlxalq təmsilçilikdə etik kodeksi” sənədi ilkin nümunədə hazırlanıb və İşçi Qrupuna həvalə olunmuşdur.
Layihənin son günü iştirakçılara sertifikatlar verilib və xatirə fotoları çəkilmişdir.
Bütün tərəfdaş və iştirakçılara təşəkkür edir və uğurlar arzulayırıq!