Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının və Azerbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçirilən Panel görüşlərinin birinci sessiyası baş tutmuşdur

19 İyul 2021

17 iyul tarixində Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının və Azerbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçirilən Panel görüşlərinin birinci sessiyası baş tutmuşdur.

İlk sessiyanın müzakirə mövzusu “Müasir dövrdə gənclərin inkişafı üçün dəstək göstərən qurumlar və onların intellektual potensialının inkişaf etdirilməsi və stimullaşdırılması” olmuşdur.

Görüş çərçivəsində mövzu ətrafında müzakirələr aparılmış, hər bir spiker təşkilatları tərəfindən gənclər üçün yaradılan imkanlardan söz açmış və yönəldilən suallar cavablandırılmışdır.

Dəvətimizi qəbul etdikləri və maraqlı müzakirələr üçün dəyərli spikerlərə öz minnətdarlığımızı bildiririk.

Məlumat üçün qeyd edək ki, görüşlər mütəmadi olaraq davam edəcək.