Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciət edib.
27 Sentyabr 2021

“Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciət edib.
Cənab Prezident çıxışı zamanı torpaqlarımıza artıq həyatın, insanların qayıtdığını və bu qayıdışı ən qısa müddət ərzində təmin etməyin bu gün bizim başlıca vəzifəmiz olduğunu qeyd etmişdir. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq. Həmçinin, müraciətini Qələbəmizin ayrılmaz hissəsi olan sözlərlə tamamlayıb: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!