Azərbaycanda polietilən torbaların istifadəsinin qadağan olunması planlaşdırılır

24 Noyabr 2020

Azərbaycanda polietilən torbaların istifadəsinin qadağan olunması planlaşdırılır

Dostlar!

Plastik əşyaların təbiətə vurduğu ziyanı azaltmaq məqsədi ilə gələn ildən Azərbaycanda 15 mikrona kimi polietilen torbaların, birdəfəlik plastik qabların istifadəsi qadağan olunması planlaşdırılır. 🤩

📌Bununla bağlı “Ətraf mühitin mühafizəsi haqqında” qanunda dəyişikliklər nəzərdə tutulub.

📌“Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”ı imzalanıb. Həmin tədbirlər planında

🔹15 mikrona qədər olan polietilen torbaların istehsalının və istehlakının qadağan olunması,

🔹15-50 mikron arası torbaların ödənişli əsaslarla satışının həyata keçirilməsi,

🔹birdəfəlik plastik qablaşdırılmaların məhdudlaşdırılması,

🔹 alternativ qablaşdırılma məhsullarının istifadəsinin genişləndirilməsi və digər istiqamətlər öz əksini tapıb.

✨Hər bir insanın təmiz ətraf mühitdə yaşamaq hüququ vardır və bu ətraf mühiti qorumaq hamımızın borcudur!

#NAYORA #noplastic