Azər Əliyev İstanbulda keçirilən FLEP Proqramında iştirak edib
28 Mart 2023

NAYORA-nın sədri Azər Əliyev İstanbulda keçirilən FLEP (Future Leaders Executive Program) Proqramında iştirak edib.
Belə ki, üzvü olduğumuz İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu tərəfindən təşkil edilən proqram zamanı ATƏT-in 2011-2017-ci illər üçün Baş katibi Lamberto Zaniyer və Belçikanın sabiq Baş naziri Yves Leterme ilə görüş baş tutub.
Qeyd edək ki, görüş zamanı müxtəlif mövzular ətrafında müzakirələr aparılıb. Azər Əliyev öz növbəsində Azərbaycanın ərazi bütövlüyü, ölkəmizdə yaşayan müxtəlif etnik xalqların sülh şəraitində yaşayışı və Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyanın vacibliyi kimi məsələləri diqqətə çatdırıb.
Dəvət üçün İCYF rəhbərliyinə təşəkkürümüzü bildiririk.