Azərbaycan Könüllüləri Kahramanmaraşda
14 Fevral 2023

Azərbaycan Könüllüləri Kahramanmaraşda !
Ötən həftə Azərbaycandan qardaş Türkiyəyə yollanan 100 nəfər Azərbaycanın könüllü gəncləri fəaliyyətə başlayıblar.
Humanitar fəaliyyəti çərçivəsində könüllülərimiz öz türkiyəli həmkarları ilə zəlzələnin baş verdiyi bölgələrdə faciədən zərər çəkmiş vətəndaşlara yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində iştirak edirlər.