Azərbaycan könüllüləri zəlzələ bölgəsində fəaliyyətini davam etdirir
17 Fevral 2023

Azərbaycan könüllüləri zəlzələ bölgəsində fəaliyyətini davam etdirir.
Ötən gün ərzində könüllülərimiz ənənəvi olaraq müxtəlif məntəqələrdə qida, geyim, dərman və digər yardımların boşaldılması, çeşidlənməsi və paylanmasını həyata keçiriblər. Eyni zamanda, azərbaycanlı gənclər zərərçəkmiş şəxslərə səyyar şəkildə isti içkilər təqdim edib, müxtəlif məhəllələrdə səyyar yardım paylanılmasında, eləcədə iki kəndə səyyar yardım daşınmasında fəal iştirak ediblər.
Qeyd edək ki, Ədalət və İnkişaf Partiyasının (AK Parti) Kayseri millət vəkili İsmail Emrah Karayelin başçılıq etdiyi nümayəndə heyəti könüllülərimizin Kahramanmaraşdakı düşərgəsinə baş çəkib, Azərbaycan könüllülərinə təşəkkürünü bildirib.