Azərbaycan könüllüləri zəlzələ bölgəsindəki zərərçəkən ailələrin və uşaqların qayğısına qalır

2 Mart 2023

Azərbaycan könüllüləri zəlzələ bölgəsindəki zərərçəkən ailələrin və uşaqların qayğısına qalır

Azərbaycan könüllüləri zəlzələ bölgəsindəki zərərçəkən ailələrin və uşaqların qayğısına qalır.

Könüllülər arasında NAYORA-nın sədr müavini Rafael Hacıbəyli, İdarə Heyətinin üzvü Nail Şükürov və tərəfdaş təşkilatımız olan Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Rüfət Qazızadə də yerlərini alırlar.

Qeyd edək ki, artıq üçüncü həftədir ki, fəlakətdən zərər görmüş Kahramanmaraş, Hatay, Adıyaman və Malatya bölgələrdəki çadır şəhərciklərində könüllü kimi çalışan azərbaycanlı gənclər on minlərlə zərərçəkmiş şəxsə xidmət edir, eləcə də zəlzələ bölgələrindəki müxtəlif məntəqələrdə qida, geyim, dərman, gigiyenik vasitələr və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirir, yerli əhaliyə səyyar şəkildə su və isti içkilər paylayır və digər dəstək verici xidmətləri göstərirlər.