Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Mingəçevir şəhərində Məclisi baş tutacaq
25 Aprel 2023

Son müraciət tarixi: 5 May 2023
Gənclər təşkilatlarının dəyərli rəhbər və nümayəndələri,
Nəzərinizə çadırırıq ki, 8-9 may 2023-cü il tarixlərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Mingəçevir şəhərində Məclisi baş tutacaq. Bu səbəblə, ARGTMŞ-na üzv olan bütün gənclər təşkilatlarının rəhbərlərini qeydiyyatdan keçməyə dəvət edirik.
Məclisin gündəliyinə aşağıdakı məsələlər daxildir:
1) Yeni üzvlüyə müraciət edən gənclər təşkilatlarının səsvermə prosesi;
2) ARGTMŞ-nın 6 aylıq hesabatının verilməsi;
3) Cari məsələlərin müzakirəsi.
Məclisdə iştirak edəcəyinizi təsdiq etmək məqsədi ilə 5 may 2023-cü il, saat 17:00-dək qeydiyyatdan keçməyiniz xahiş olunur.
Məlumat üçün qeyd edək ki, AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Məclisdə ancaq üzv təşkilatların rəhbərləri iştirak edə bilər.