Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvlərinin Çay Məclisi keçirilib

8 Oktyabr 2022

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvlərinin Çay Məclisi keçirilib

Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvlərinin Çay Məclisi keçirilib.

Tədbir NAYORA-nın sədri Azər Əliyevin açılış nitqi və Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anılmasından sonra öz işinə başlayıb.

AR QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, AR Gənclər Fondunun İcraçı direktorunun müavini Qədir Xəlilov, AR Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayevin çıxışları ilə davam edən görüşdə gənclər təşkilatlarının rəhbərləri qonaqlara öz sual və təkliflərini ünvanlayıblar.

Qeyd edək ki, iki saatdan çox davam edən görüşdə 40 gənclər təşkilatının sədri iştirak edib və ünvanlanan suallar, təkliflər ətraflı müzakirə olunub.