Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Maliyyə Hüququ Qrupunun rəhbəri Əfqan Baxışov ilə görüş keçirilib

19 Fevral 2023

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Maliyyə Hüququ Qrupunun rəhbəri Əfqan Baxışov ilə görüş keçirilib

"Gənclər Təşkilatlarının Hüquqi Savadlılığının Artırılması" layihəsi çərçivəsində üçüncü görüş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Maliyyə Hüququ Qrupunun rəhbəri Əfqan Baxışov ilə baş tutdu.

"Gənclər Təşkilatlarının digər qurumlar və maraqlı tərəflərlə korporativ münasibətlərin tənzimlənməsi və korporativ hüquq siyasətinin formalaşdırılması" mövzusunda baş tutan görüşdə geniş müzakirələr aparılaraq təşkilat nümayəndələrinin ünvanladıqları suallar cavablandırılıb.

Qeyd edək ki, silsilə görüşlərdən ibarət layihə AR Vəkillər Kollegiyasının, AR Gənclər Fondunun tərəfdaşlığı və NAYORA-nın təşkilatçılığı ilə həyata keçirilir.