“Azərbaycanda gənclərlə işləyən Təlimçilər üçün Təlim (TRAYAZE)” layihəsi davam edir
27 Noyabr 2022

“Azərbaycanda gənclərlə işləyən Təlimçilər üçün Təlim (TRAYAZE)” layihəsi davam edir.
TRAYAZE - qeyri-formal təhsil fəaliyyətlərinə dair təlimçilər və gənclər işçiləri üçün uzunmüddətli təlim kursudur və 2022-ci ilin noyabrından 2023-cü ilin dekabrınadək davam edəcək.
Təlimdə NAYORA-nın əməkdaşları Jalə Həsənova, Fatimə Əsədova və Cəsur Mədətzadə iştirak edirlər.
Təlimin məqsədi – Azərbaycanda gənclərlə iş sahəsində keyfiyyətli təlimlərin keçirilməsi üçün təlimçilərin bilik və bacarıqlarını inkişaf etdirmək, o cümlədən gənclərlə işləyən təlimçilər şəbəkəsinin üzvlərinin sayını artırmaqdır.