“Azərbaycanın regionlarında gənc təlimçilərin, fasilitatorların və multiplayerlərin bacarıqlarının inkişaf etdirilməsi” layihəsinin Mingəçevir fazasının təlimçiləri ilə tanış olun
22 İyun 2023

“Azərbaycanın regionlarında gənc təlimçilərin, fasilitatorların və multiplayerlərin bacarıqlarının inkişaf etdirilməsi” layihəsinin Mingəçevir fazasının təlimçiləri ilə tanış olun.
Nuranə Məmmədova - Avropa Şurası, UNDP, UNICEF, SALTO EECA Resource Center, EU4Youth Engagement Roadmaps, Ernst & Young, Theodor-Heuss-Kolleg kimi beynəlxalq qurum və təşkilatların təlimçi və məsləhətçi üzvüdür. Hazırda isə “EU4Youth Alumni Network” də milli mentor kimi fəaliyyət göstərir.
Pərvanə Məmmədova - Avropa Şurası Gənclər Departamentinin Təlimçilər Bazasının üzvüdür. Həmçinin FemACT “Qadınlar Fondu Azərbaycan”ın təsisçisidir.
Qeyd edək ki, 4-18 iyul tarixlərinda keçiriləcək layihədə Mingəçevir və ətraf rayonların gəncləri iştirak edə bilər.
Qeyd 1: layihəyə qeydiyyat üçün son müraciət tarixi 30 iyunadək uzadıldı.