“Azərbaycanın regionlarında gənc təlimçilərin bacarıqlarının inkişaf etdirilməsi” layihəsinin Lənkəran fazası yekunlaşdı
31 İyul 2023

10 müxtəlif regiondan 20 gənc iştirak etdiyi layihə çərçivəsində iştirakçılar proqramın son günlərində həyata keçirəcəkləri davamlılıq (follow-up) layihələrin mövzusuna qərar verərək proqramı üzərində işləyiblər.
Bağlanış mərasimində NAYORA-nın sədri Azər Əliyev çıxış edərək ümumi layihə haqqında məlumat verərək iştirakçıların ünvanladığı sualları cavablandırmışdır.
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinə göstərdikləri dəstək üçün təşəkkür edirik.
Qeyd edək ki, Avropa Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçirilən layihənin Mingəçevir fazasının təlimçiləri Pərvanə Məmmədova və Fəxri Məhəmmədzadə olublar.