“Azərbaycanın regionlarında gənc təlimçilərin bacarıqlarının inkişaf etdirilməsi” layihəsinin Mingəçevir fazası yekunlaşdı

21 İyul 2023

“Azərbaycanın regionlarında gənc təlimçilərin bacarıqlarının inkişaf etdirilməsi” layihəsinin Mingəçevir fazası yekunlaşdı

 

10 müxtəlif regiondan 20 gənc iştirak etdiyi layihə çərçivəsində iştirakçılar proqramın son günlərində həyata keçirəcəkləri davamlılıq (follow-up) layihələrin mövzusuna qərar verərək proqramı üzərində işləyiblər.

Qeyd edək ki, Avropa Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçirilən layihənin Mingəçevir fazasının təlimçiləri Pərvanə Məmmədova və Nuranə Məmmədova olublar.

İkinci faza təlimlər 24-29 iyul tarixlərində Lənkəranda baş tutacaq. İştirak etmək istəyən gənc təlimçilər bio hissəsində yerləşdirilmiş linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.