“Azərbaycanın regionlarında gənc təlimçilərin bacarıqlarının inkişaf etdirilməsi” Lənkəran şəhərində başladı
26 İyul 2023
Lənkəran şəhərində “Azərbaycanın regionlarında gənc təlimçilərin bacarıqlarının inkişaf etdirilməsi” layihəsinin ikinci fazası başladı.
Təlim kursunda 10 müxtəlif regiondan 20 gənc iştirak edir. 24-29 iyul tarixlərini əhatə edəcək layihə çərçivəsində iştirakçılara komanda quruculuğu oyunları, qrup işləri, qeyri-formal təhsil nədir, təcrübə əsaslı öyrənmə, həssas qrupdan olan gənclərlə necə işləməli kimi mövzularda təlimlər keçirilir.
Qeyd edək ki, Avropa Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçirilən layihənin Lənkəran fazasının təlimçiləri Pərvanə Məmmədova və Fəxri Məhəmmədzadədir.
ENG
We have launched the project "Capacity Building of Young Trainers from the regions of Azerbaijan" in Lankaran.
20 young participants from 10 different regions are taking part in the training course. Within the framework of the project, which will cover the dates from July 24th to July 29th, the participants are receiving training on various topics such as team-building games, group work, the concept of non-formal education, experiential learning, and how to work with young people from vulnerable groups.
It is worth noting that the trainers for the Lankaran phase of the project, organized with the support of the European Youth Foundation and NAYORA, are Parvana Mammadova and Fakhri Mahammazada.