“B planetimiz yoxdur, Ətraf mühit və iqlim dəyişikliyinə qarşı məsuliyyətli olaq!” layihəsi yekunlaşıb
9 İyun 2022

“B planetimiz yoxdur, Ətraf mühit və iqlim dəyişikliyinə qarşı məsuliyyətli olaq!” layihəsi çərçivəsində Qəbələ rayonunda son təlimimiz keçirildi və bununla da layihəni yekunlaşdırdıq.
Layihənin əsas məqsədi BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və xüsusilə 13-cü məqsəd olan “İqlim dəyişikliyinə qarşı mübarizə” haqqında region gənclərini maarifləndirmək, region səviyyəsində DİM hədəflərinin icrasına nail olmaq üçün gənclərin aktiv iştirakını təşviq etmək, DİM-lərlə əlaqəli gənclərin təşəbbüslərinin həyata keçməsinə töhfə verməkdən ibarət olub.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, NAYORA-nın "Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi" proqramı çərçivəsində “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi tərəfindən keçirilib.