“B planetimiz yoxdur, Ətraf mühit və iqlim dəyişikliyinə qarşı məsuliyyətli olaq!” layihəsinin Göyçay fazası yekunlaşdı
6 İyun 2022

Üzv təşkilatımız “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi ilə birlikdə “B planetimiz yoxdur, Ətraf mühit və iqlim dəyişikliyinə qarşı məsuliyyətli olaq!” layihəsinin Göyçay fazasını yekunlaşdırdıq.
Layihənin əsas məqsədi BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və xüsusilə 13-cü məqsəd olan “İqlim dəyişikliyinə qarşı mübarizə” haqqında region gənclərini maarifləndirmək, region səviyyəsində DİM hədəflərinin icrasına nail olmaq üçün gənclərin aktiv iştirakını təşviq etmək, DİM-lərlə əlaqəli gənclərin təşəbbüslərinin həyata keçməsinə töhfə verməkdən ibarət olub.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və NAYORA-nın "Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi" proqramı çərçivəsində baş tutur.