Bakı Dövlət Universitetinin tələbələri ilə panel müzakirəmiz keçirildi
3 Noyabr 2022

Zəfər Günü ilə əlaqədar növbəti panel müzakirəmiz gənclər təşkilatlarının rəhbərləri ilə #Birlikdə Bakı Dövlət Universitetində keçirildi.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev, Demokratik Azərbaycan Naminə Gənclər İctimai Birliyinin sədri Elməddin Behbud və NAYORA-nın Baş katibi Ramin Həbibzadənin spikerliyi ilə keçirilən görüşün müzakirə mövzusu “Post-müharibə dövründə gənclərdən olan gözləntilər və informasiya müharibəsində aktiv iştirakçılıq” oldu.
Görüş müddətində universitetin tələbələri müzakirələrdə aktiv iştirak etmiş, həmçinin təkliflərini səsləndirib və onları maraqlandıran sualları ünvanlayıblar.
Qeyd edək ki, AR Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilib.
Ev sahibliyi üçün Bakı Dövlət Universitetinin rəhbərliyinə, dəvətimizi qəbul etdikləri üçün gənclər təşkilatlarının rəhbərlərinə və aktiv iştirakçılıq üçün gənclərə təşəkkürümüzü bildiririk!