Balakən gəncləri üçün "Gənclər üçün layihələrin yazılması təlimləri" yekunlaşıb
15 Fevral 2023

Balakən gəncləri üçün "Gənclər üçün layihələrin yazılması təlimləri" yekunlaşdı.
3 gün davam edən layihənin məqsədi Balakən rayonunda yaşayan gəncləri layihələrin yazılması və idarə olunması istiqamətində təlimlərə cəlb etməklə onların bilik və bacarıqlarının artırılmasına töhfə vermək olub.
Gənclər vörkşop və təlimlərdə iştirak edərək öz layihə təkliflərini hazırlayıb və təqdim ediblər.
Qeyd edək ki, layihə AR Gənclər Fondunun dəstəyi, NAYORA-nın “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi -2.0” proqramı çərçivəsində İşıqlı Gələcək Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilib.