Bərdə Faciəsi
9 Oktyabr 2021

2020-ci ilin oktyabrın 28-i Erməni Silahlı Qüvvələrinin hücumlarının növbəti hədəfi Bərdə şəhəri olmuşdur. “Smerç” tipli, əməliyyat-taktiki təyinatlı, böyük dağıdıcı qüvvəyə malik raket zərbələrinin endirilməsi nəticəsində dinc sakinlərimiz həlak olmuşdur. İnsanlıqdan kənar və insanlığa qarşı törədilən bu cinayət cəzasız qalmamalıdır.
Həyatını itirmiş şəxslərə Allahdan rəhmət diləyirik!