Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü
3 Dekabr 2020

Birləşmiş Millətlər Təşkilatı (BMT) fiziki məhdudiyyətli insanların hüquqlarına, yaşadıqları çətinliklərə və problemlərin həlli yollarına diqqət çəkmək məqsədilə 1992-ci ilin 14 oktyabr-da 3 dekabr tarixini Beynəlxalq Əlillər Günü olaraq qəbul etmişdir.
Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub.
Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, fiziki məhdudiyyətləri olan bütün insanların hüquqlarını qorumaqdır.