Beynəlxalq Gənclər gününə həsr olunmuş "Qlobal Fəaliyyət üçün Gənclərin Cəlb Edilməsi" Beynəlxalq Onlayn Konfransı

7 Avqust 2020

Beynəlxalq Gənclər gününə həsr olunmuş "Qlobal Fəaliyyət üçün Gənclərin Cəlb Edilməsi" Beynəlxalq Onlayn Konfransı

Son müraciət tarixi: 11 Avqust 2020

MÜRACİƏT ET

AZE: Beynəlxalq Gənclər gününə həsr olunmuş "Beynəlxalq Fəaliyyət üçün Gənclərin Cəlb Edilməsi" mövzusunda Onlayn Konfrans

 Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə 11 avqust 2020-ci il tarixində "Beynəlxalq Fəaliyyət üçün Gənclərin Cəlb Edilməsi" mövzusunda Beynəlxalq Onlayn Konfrans keçiriləcəkdir.

BMT-nin Baş Assambleyası tərəfindən 1999-cu il 12 avqustda elan edilən Beynəlxalq Gənclər Gününün mövzusu "Beynəlxalq Fəaliyyət üçün Gənclərin Cəlb Edilməsi"dir. Bu mövzuya istinadən baş tutacaq onlayn konfransın əsas mövzusu “Nifrət nitqi və cinəyatkarlığa qarşı mübarizədə gənclərin rolu”na həsr olunub. Belə ki, Azərbaycan reallıqlarının gənclərin vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması konfransın əsas hədəflərindən biridir.

Təəssüf hissi ilə qeyd etmək istərdik ki, Covid-19 pandemiyası müddətində Gənclər təşkilatları və gənclər ictimailəşmə, iştirak, ünsiyyətdə ciddi bir böhranla üz-üzədir. Bununla yanaşı bütün dünyanın mövcud virusla mübarizə apardığı bir dövrdə yaşadığımız regionda şiddət, aqressiya və zorakılıq davam etməkdədir. 

Baş tutacaq Beynəlxalq Onlayn Konfransda Azərbaycanın eləcə də, digər ölkələrin beynəlxalq təşkilatlarının rəsmi nümayəndələri çıxış edəcəklər.

Qeyd edək ki, tədbir 11 Avqust 2020-ci il 16:00-da (GMT+4) onlayn platforma və Facebook üzərindən canlı olaraq yayımlanacaqdır.

Tədbirdə iştirak üçün qeydiyyat linki: https://bit.ly/2DlsB0F 

Qeydiyyat üçün son tarix: 11 Avqust 2020 / 15:00 (GMT+4)

 

ENG: International Online Conference "Youth Engagement for Global Actions" dedicated to the International Youth Day

The International Online Conference on "Youth Engagement for Global Action" will be held on August 11, 2020, jointly organized by the Ministry of Youth and Sports of the Republic of Azerbaijan, Youth Foundation of the Republic of Azerbaijan, and the National Assembly of Youth Organizations of the Republic of Azerbaijan. 

The theme of the International Youth Day 2020, announced by the UN General Assembly on August 12, 1999, is "Youth Engagement for Global Action”. The main topic of the online conference will be "The role of youth in the fight against Hate speech and crime”. Thus, one of the main goal of the conference is to draw attention of the international community to the realities of Azerbaijan through young people.

We regret that during the Covid-19 pandemic, youth organizations and youth face a serious crisis in socialization, participation and communic.At the same time, violence, aggression cases continue in the region where we live at a time when the whole world is fighting against the current virus.

Official representatives of organizations operating in Azerbaijan and, as well as international organisations of other countries will have a speech at the International Online Conference. 

The event will be on the online platform and broadcast live on Facebook, on August 11, 2020 at 16:00 (GMT + 4).

Link for the registration:https://bit.ly/2DlsB0F 

Deadline for the registration: August 11, 2020 / 15:00 (GMT + 4)

 

#MysGovAz #AzGF #NAYORA #Youth4GlobalAction