Beynəlxalq Sülh Günü

21 Sentyabr 2021

Beynəlxalq Sülh Günü

21 sentyabr dünyada Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Bu gün 1981-ci ildə BMT tərəfindən təsis edilib. Həmçinin bu tarix həm də ümumdünya atəşkəs günü elan edilib.

Beynəlxalq Sülh Günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır.

Bu gün münasibətilə dünyamızı sülh və əmin-amanlığa çağırır və bütün dünyada müharibələrin bitməsinə səsləyirik.