Beynəlxalq Visegrad+ Fondunun elan etdiyi qrant müsabiqəsi üçün konsultativ görüş keçiriləcək
26 Aprel 2022

Gənclər təşkilatlarının nəzərinə!
28 aprel 15:00 tarixində Beynəlxalq Visegrad+ Fondunun elan etdiyi qrant müsabiqəsinə müraciət qaydaları ilə bağlı Gənclər Təşkilatlarının Resurs Mərkəzində konsultativ görüşümüz keçiriləcək.
Görüşün məqsədi üzv təşkilatları qrant müsabiqəsinin şərtləri və layihə yazılışı ilə bağlı məlumatlandırmaq, vacib məqamları vurğulamaq və sualları cavablandırmaqdır.
Məlumat üçün bildirək ki, Visegrad+ Fondunun qrant müsabiqəsinə müraciət üçün son tarix 1 iyun 2022-ci ildir.