Beynəlxalq Visegrad + Fondunun elan etdiyi qrant müsabiqəsinə müraciət qaydaları ilə bağlı konsultativ görüş

17 Sentyabr 2021

Beynəlxalq Visegrad + Fondunun elan etdiyi qrant müsabiqəsinə müraciət qaydaları ilə bağlı konsultativ görüş

17 sentyabr 15:00 tarixində Beynəlxalq Visegrad + Fondunun elan etdiyi qrant müsabiqəsinə müraciət qaydaları ilə bağlı Gənclər Təşkilatlarının Resurs Mərkəzində konsultativ görüş baş tutdu.

Görüşün məqsədi üzv təşkilatları qrant müsabiqəsinin şərtləri ilə bağlı məlumatlandırmaq, layihə yazılışı ilə bağlı vacib məqamları vurğulamaq və onların suallarını cavablandırmaq idi.

Məlumat üçün bildirək ki, görüşdə onlayn və oflayn formada 20-ə yaxın üzv təşkilatların nümayəndələri iştirak etdilər.

Görüşdən olan görüntüləri sizlərlə bölüşürük.