Beynəlxalq Donorlar və Qrant layihələri ilə iş modulu üçün qeydiyyatları açıq elan edirik

1 Avqust 2023

Beynəlxalq Donorlar və Qrant layihələri ilə iş modulu üçün qeydiyyatları açıq elan edirik

📢3 moduldan ibarət olan təlimlərin son fazası “Beynəlxalq Donorlar və Qrant layihələri ilə iş”ə start veririk! 🤩

9-11 avqust tarixlərində Gənclər Təşkilatlarının Resurs Mərkəzində keçiriləcək III modul təlimlərdə gənclər təşkilatının nümayəndəsinin iştirakı nəzərdə tutulur.

Təlimçi Nuranə Məmmədova tərəfindən keçiriləcək təlimlərin hər birində iştirak etmiş gənclər sertifikat ilə təltif olunacaqlar.

Layihədə iştirak üçün əsas tələblər:

- Təlimlərin hər birində mütləq davamlı iştirak;

- Təlimlərdə ancaq təşkilatların layihə koordinatorlarının iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, təlimlərin sonunda test imtahanı baş tutacaq.

Layihə AR Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçirilir.