Beynəlxalq Gənclər Günü münasibətilə digər ölkələrin milli şuraları ilə görüş keçirilib

13 Avqust 2022

Beynəlxalq Gənclər Günü münasibətilə digər ölkələrin milli şuraları ilə görüş keçirilib

Beynəlxalq Gənclər Günü münasibətilə NAYORA-nın sədri Azər Əliyev Malaziya Milli Şurasının təşkil etdiyi görüşdə çıxış edib.

Qeyd edək ki, görüşdə Malaziyanın Xarici İşlər naziri Saifuddin Bin Abdullah və bir neçə ölkənin Milli Şuralarının rəhbərləri iştirak edib.

Həmçinin NAYORA-nın Baş katibi Ramin Həbibzadə və Üzv təşkilatlarla iş üzrə katibi Jalə Həsənovanın Özbəkistanın Gənclər Şurasının əməkdaşları ilə görüşü baş tutub. Görüşdə ümumi əlaqələr və gələcək əməkdaşlıqlar müzakirə olunub.