Beynəlxalq əlaqələrimizi genişləndirməyə davam edirik

29 Avqust 2022

Beynəlxalq əlaqələrimizi genişləndirməyə davam edirik

Beynəlxalq əlaqələrimizi genişləndirməyə davam edirik. 

Belə ki, NAYORA-nın Baş katibi Ramin Həbibzadə, Beynəlxalq əlaqələr və layihələr üzrə katibi Fatimə Əsədova və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Beynəlxalq əlaqələr və donorlarla iş üzrə meneceri Leyla Novruzlu Almaniyanın EVZ fondunun dəstəyi ilə "Meet Up! Youth for Partnership" proqramı çərçivəsində reallaşmaqda olan "Remember to Act: Understand-Learn-Act" layihəsində iştirak edirlər.

Layihə müddətində təlim, sessiya və infoturlar, həmçinin iştirakçı ölkələrin mədəniyyətləri ilə tanışlıq məqsədi ilə “Cultural Night” keçirilir. Baş tutmuş Azərbaycan gecəsindən olan görüntüləri sizinlə bölüşürük.

Qeyd edək ki, 16 ay davam edəcək layihənin növbəti mərhələsi gələn ilin əvvəli Bakıda keçiriləcək.