Beynəlxalq platformalı gənclər təşkilatları ilə görüş keçirilib
19 İyul 2022

19 iyul tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv olan beynəlxalq platformalı gənclər təşkilatlarının nümayəndələri ilə qeyri-formal görüş baş tutub.
Görüş zamanı təşkilatların ümumi fəaliyyətləri, cari və aktual məsələləri, həmçinin gələcək əməkdaşlıqlar müzakirə olunub.