Beynəlxalq təmsilçiliyimiz genişlənir
5 Fevral 2023

Beynəlxalq təmsilçiliyimiz genişlənir.
Beləki, NAYORA-nın sədri Azər Əliyev Avropa Şurası tərəfindən Fransanın Strazburq şəhərində keçirilən, həmçinin NAYORA-nın Milli əlaqələndirici olduğu “Demokratiya burda, demokratiya indi” kampaniyasının növbəti 3 günlük davamlılıq görüşündə iştirak edib.
Tədbir Avropanın müxtəlif ölkələrini təmsil edən gənclər təşkilatları və Milli Şuralardan olan 80 fəal gənci bir araya toplayaraq kampaniyanın son müddət ərzində əldə etdiyi nəticələr, gələcək hədəflərin müəyyənləşdirilməsi, kampaniyanın icrasında gənclərin iştirakçılığının təşviqi və artırılması, qiymətləndirilmə, 2023-cü il və ondan sonrakı illərdə baş tutacaq fəaliyyətləri planlaşdırmaq məqsədi ilə həyata keçirilib.